Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

Hazırda oxunan: Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

167373

Dekabrın 6-da Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə keçiriləcək.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, burada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, dövlət orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO