
- A-
- A
- A+
Tokayevdən xəbərdarlıq: “TikTok insan beynini öldürür” - Video
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok platformasının xüsusilə gənclərin düşüncəsinə mənfi təsir göstərdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Tokayev bu açıqlamanı bu gün Moskvada keçirilən AI Journey 2026 konfransında səsləndirib.
Qazaxıstan dövlət başçısı smartfonlardan düzgün istifadə etməyin vacibliyinə diqqət çəkib.
“Hazırda hamı smartfondan istifadə edir, lakin nədənsə düşünürlər ki, bu cihaz yalnız zəng etmək, yazışmaq və film izləmək üçündür. TikTok isə başqa məsələdir. Bu, insan beynini, xüsusilə də gənclərin beynini məhv edən dəhşətli bir şeydir”, – deyə Tokayev bildirib.
O, eyni zamanda smartfonlardan düzgün istifadə etməklə gəlir əldə etməyin mümkün olduğunu vurğulayıb.
Prezidentin sözlərinə görə, internetin olduğu kənd və qəsəbələrdə yaşayan insanlar da smartfon vasitəsilə pul qazana bilərlər. Bunun üçün sadəcə onlara müvafiq bilik və bacarıqlar öyrədilməlidir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































