Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto

Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto

Hazırda oxunan: Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto
649901
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qusarda talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə qanvermə aksiyası keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, xeyirxah məqsədə  xidmət edən aksiya Qusar Rayon İcra Hakimiyyətinin və Qusar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Burada əsas məqsəd hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaqdır. Aksiya çərçivəsində 100 nəfərə yaxın donor könüllü şəkildə qan verib.
 

Respublika Qan Bankının Quba bölməsinin xüsusi tibb briqadasının həkim-hematoloqları Qusar Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti ilə birgə donorları ilkin tibbi müayinədən keçirdikdən sonra prosesə start verilib.


Qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları fəal iştirak ediblər.

Qeyd edək ki, hemofiliya, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində qan və onun komponentlərinin daim əlçatan olması mühüm əhəmiyyət daşıyır.

Aksiya zamanı toplanan qan nümunələri Respublika Qan Bankına göndərilərək ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 1
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 2
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 3
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 4
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 5
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 6
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 7
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 8
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 9
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 10
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 11
Qusarda 100-ə yaxın şəxs talassemiya xəstələri üçün qan verdi - Foto - foto 12


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO