Dönməni düzgün etməsəniz, bu yolda sizi cərimə gözləyir – VİDEO

Dönməni düzgün etməsəniz, bu yolda sizi cərimə gözləyir – VİDEO

Hazırda oxunan: Dönməni düzgün etməsəniz, bu yolda sizi cərimə gözləyir – VİDEO
599212
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində çəkilmiş xətt sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, ərazidən video paylaşan bəzi istifadəçilər sürücülərin burada dönmə manevri edərkən qaydaları pozmağa məcbur olduğunu qeyd ediblər.

Bir çoxları isə sürücülərin dönmə bucağını düzgün götürdüyü halda qayda pozuntusunun olmadığını, xətlənmənin yoldakı sıxlığın və xaotik hərəkətin qarşısını almağa hesablandığını deyib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli bildirib ki, sürücülər qaydaları pozmamaq üçün diqqətli olmalıdır:
 

“Təəssüflər olsun ki, sözügedən ərazidə bəzi sürücülər tərəfindən nişanlanma xəttinin tələbi pozulur. Belə hallar aşkarlandığı təqdirdə sürücü barəsində qanunamüvafiq tədbirlər görülür. Mövcud qanunvericiliyə əsasən, 1.1 üfüqi nişanlanma xəttinin tələbinin pozulması qadağandır və inzibati məsuliyyət yaradır.


Nişanın tələbinin pozulması zamanı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulub. Sürücülərdən xahişimiz odur ki, yollarda diqqətli olsunlar, nişanlanma xətlərinin tələblərinə ciddi şəkildə riayət etsinlər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO