Ödənişli əsasla qəbul olunan tələbələr təhsil kreditindən yararlana biləcək: Fond

Ödənişli əsasla qəbul olunan tələbələr təhsil kreditindən yararlana biləcək: Fond

Hazırda oxunan: Ödənişli əsasla qəbul olunan tələbələr təhsil kreditindən yararlana biləcək: Fond
633480
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, həmçinin orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil tələbə kreditindən yararlana biləcəklər.

Təhsil Tələbə Krediti Fondundan Bizim.Media-ya verilən məlumata görə, təhsil tələbə kreditindən yararlanmaq istəyən tələbələr ilk növbədə razılıq ərizəsi əldə etməli, daha sonra e-ttkf.edu.az portalında qeydiyyatdan keçərək müraciətlərini tamamlamalıdırlar.

Razılıq ərizəsini notariat ofislərindən, “ASAN xidmət” mərkəzlərindən, “Mobil Notariat” və ya “mygov” tətbiqindən əldə etmək mümkündür.
 

Təhsil tələbə krediti tələbələrə təhsil haqlarının maliyyələşdirilməsində dəstək göstərməklə yanaşı, maddi çətinlik səbəbindən təhsilin yarımçıq qalmasının qarşısının alınmasına xidmət edir.


Tələbə krediti üçün müraciətlər e-ttkf.edu.az portalı üzərindən qəbul edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO