Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında – FOTO

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında – FOTO

Hazırda oxunan: Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında – FOTO

641818

Çexiya nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

ADY-nin sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib.
 

Həmçinin ADY-nin sərnişin məmnuniyyətinin artırılması və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi yeniliklər, o cümlədən ölkə ictimai nəqliyyatında ilk dəfə məhz dəmir yollarında tətbiq edilən "SİMA Pay" üztanıma ilə ödəniş sisteminin işi təqdim edilib.


Ziyarət zamanı çexiyalı nazir vağzalda sərnişinlər üçün yaradılmış şərait və müasir xidmət imkanları ilə tanış olub, sərnişin daşımaları sahəsində müasir yanaşmaların xüsusi əhəmiyyətini vurğulayıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO