Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Hazırda oxunan: Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

640181

Qəsdən psixi təzyiq göstərilməsi və ya şəxs üçün dözülməz psixi şərait yaradılması da zorakılığın formalarından biri hesab olunur. Bu cür davranışlar insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə, onu qorxu, təzyiq içində saxlaya bilər.

Azərbaycan qanunvericiliyində belə halların qarşısının alınması və müəyyən hallarda məsuliyyətə cəlb olunması nəzərdə tutulurmu?

Bizim.Media xəbər verir ki, Azərbaycan qanunvericiliyində “qəsdən psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılması” ifadəsi əsasən məişət zorakılığı kontekstində işlədilir.

Konkret şəraitdən asılı olaraq davamlı təhqir və alçaltma, qorxutmaq, şəxsi daim təzyiq altında saxlamaq, iradəsini qırmağa, davranışını zorla idarə etməyə yönəltmək, qəsdən sosial mühitdən təcrid etmək, davamlı psixoloji təzyiq göstərməklə şəxsdə ciddi mənəvi iztirab yaratmaq məişət zəminində psixi zorakılıq hesab olunur.

Cəzası nədir?

İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, məişət zəminində psixi zorakılığa görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur. Bu norma yalnız əməl Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaratmadıqda tətbiq edilir.

Əgər psixi təzyiq daha ağır nəticələrə gətirib çıxarıbsa və ya başqa cinayətin tərkibini yaradırsa, məsələ artıq yalnız 158.2 ilə məhdudlaşmaya bilər. Məsələn, Cinayət Məcəlləsinin 133-cü maddəsində mütəmadi döymə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə ayrıca cinayət kimi nəzərdə tutulur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO