Almaniya səfiri Azərbaycan-Ermənistan nizamlanması barədə məlumatlandırıldı – FOTO 

Almaniya səfiri Azərbaycan-Ermənistan nizamlanması barədə məlumatlandırıldı – FOTO 

Hazırda oxunan: Almaniya səfiri Azərbaycan-Ermənistan nizamlanması barədə məlumatlandırıldı – FOTO 

186616

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Almaniya Federativ Respublikasının Rusiya Federasiyasındakı yeni təyin olunmuş səfiri Aleksandr Qraf Lambsdorfu qəbul edib.

Bizim.Media xəbər verir ki, P.Bülbüloğlu həmkarını səfir təyin olunması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Azərbaycan səfiri qonağa Rusiyadakı diplomatik korpusun duayeni qismində fəaliyyəti və bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər və əhəmiyyətli mədəni layihələr barədə məlumat verib.

Almaniya səfiri Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı son proseslərlə maraqlanıb.
P.Bülbüloğlu almaniyalı həmkarına Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verib, regionda baş verən son hadisələr və müasir reallıqlar barədə ətraflı danışıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər məsələləri müzakirə olunub.
 
A.Lambsdorff öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və çox maraqlı söhbətə görə təşəkkür edib.

Görüşün sonunda Azərbaycan Səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO