22 yaşlı ukraynalı Varşavada Prezident sarayının qarşısında özünü yandırdı - Video

22 yaşlı ukraynalı Varşavada Prezident sarayının qarşısında özünü yandırdı - Video

Hazırda oxunan: 22 yaşlı ukraynalı Varşavada Prezident sarayının qarşısında özünü yandırdı - Video
649774
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın paytaxtı Varşavada 22 yaşlı ukraynalı Prezident sarayının qarşısında özünü yandırıb.

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 25-də saat 17:00 radələrində baş verib. Gənc üzərinə tezalışan maye tökərək özünü yandırıb.

O, üz, boyun, əllər və bədən nahiyəsindən ağır yanıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polşanın “Fakt” nəşrinin məlumatına görə, hadisədən əvvəl gənc özü ilə Polşada ukraynalılara və polyaklara bərabər münasibət göstərilməsini tələb edən sənədlər gətirib.

Hadisə şahidləri və Polşa Dövlət Mühafizə Xidmətinin əməkdaşları alovu söndürməyə kömək ediblər.

Gəncin vəziyyəti ağır olaraq qalır. Onun bu addımı atmasının səbəbləri araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO