
- A-
- A
- A+
Faktiki hava: Dağlıq ərazilərə qar yağıb
Noyabrın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub, arabir intensiv xarakterli olub, şimşək çaxıb, dağlıq ərazilərə isə qar yağıb. Yağıntılar gecə saatlarından tədricən kəsilib.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 15, Qobustan, Kişçayda (Şəki) 11, Zaqatalada 10, Balakəndə 9, Beyləqan, Zərdab, Kürdəmir, Tovuz, Lerikdə 8, Sabirabadda 7, Quba, Gədəbəy, Şahbuz, Lənkəran, Cəbrayılda 6, Qusar, Şamaxı, Oğuz, Gəncə, İmişli, Salyan, Yardımlı, Göygöldə 5, Neftçala, Yevlax, Tərtər, Göyçay, Astara, Ağdam, Qəbələ, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Xaltan, Mingəçevir, Goranboy, Ordubad, Biləsuvar, Bərdə, Xızı, Şəmkir, Ağstafa, Naftalan, Daşkəsən, Naxçıvan, Culfa, Şərur, Şabranda 1-3 mm-dək qeydə alınıb.
Bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Oğuzda 21, Daşkəsən, Bərdə, Şəkidə 20, Goranboyda 19, Naftalan, Tərtərdə 18 m/s-dək güclənir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































