“WhatsApp”da birdəfəlik mesaj yazmaq da mümkün olacaq

“WhatsApp”da birdəfəlik mesaj yazmaq da mümkün olacaq

Hazırda oxunan: “WhatsApp”da birdəfəlik mesaj yazmaq da mümkün olacaq
649778
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“WhatsApp” istifadəçilərin məxfiliyini artırmağa yönələn yeni funksiyanı sınaqdan keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb.

Yenilik vasitəsilə mətn mesajlarını yalnız bir dəfə oxumaq mümkün olacaq.

Məlumata görə, funksiya “Android” üçün “WhatsApp”ın 2.26.45.6 beta versiyasında bəzi istifadəçilərə təqdim olunub. Yenilik adi mətn mesajlarına “Bir dəfə bax” (View Once) rejimini tətbiq etməyə imkan verir.

Funksiyadan istifadə etmək üçün çatda mesaj yazdıqdan sonra göndərmə düyməsini basıb saxlamaq lazımdır. Açılan menyudan “View Once” seçildikdə mesaj avtomatik göndərilir.

Qəbul edən şəxs mesajı çatda birbaşa görməyəcək. Onu oxumaq üçün mesajın üzərinə toxunmalı və ayrıca açılan pəncərədə məzmunla tanış olmalıdır. Pəncərə bağlandıqdan sonra mesajı yenidən açmaq mümkün olmayacaq.

Çatda isə mesajın açıldığını bildirən işarə görünəcək.

Yeni funksiyada məxfilik məqsədilə bir sıra məhdudiyyətlər də nəzərdə tutulub. Belə ki, mesajı kopyalamaq, başqa çata yönləndirmək və saxlamaq mümkün olmayacaq. Mesaj açıq olduğu müddətdə ekran görüntüsü və ekran yazısının alınması da bloklanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO