Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto

Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto

Hazırda oxunan: Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto
649780
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə keçirilən Şəhər Günü tədbirləri konsert proqramı ilə davam edib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxış edərək şəhər sakinlərini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O, Kəlbəcərin zəngin tarixi-mədəni irsindən, işğaldan azad edildikdən sonra rayonda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən söz açıb.

Sonra səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib.

Konsert proqramında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblı və teatrın solistləri – Xalq artisti Gülyaz Məmmədova, həmçinin Taleh Yəhyayev, Aynur İsgəndərli, Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov və Azad Şabanov çıxış ediblər.

Konsertdə Polad Bülbüloğlunun “Azərbaycan”, “Sənə qurban”, Oqtay Kazıminin “Qaytar eşqimi”, Faiq Sücəddinovun “Günah sənin özündədir”, Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Elza İbrahimovanın “Ey Vətən”, Müslüm Maqomayevin “Azərbaycan”, Tofiq Quliyevin “Qayınana” filmindən popuri və digər nəğmələr səsləndirilib.

Vətənə məhəbbət, milli birlik və Qələbə ruhunu tərənnüm edən musiqi nömrələri tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Konsertdən sonra atəşfəşanlıq olub.

Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto - foto 1
Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto - foto 2
Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto - foto 3
Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto - foto 4
Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto - foto 5
Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto - foto 6
Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto - foto 7
Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto - foto 8
Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi – Foto - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO