
- A-
- A
- A+
Ukraynada çəkilən 6 foto ilin ən yaxşı 100 fotosu sırasına daxil edildi
“Time” jurnalının ilin ən yaxşı 100 fotosundan ibarət seçməsinə Ukraynadan altı foto daxil olub.
Bizim.Media xəbər verir ki, fotolarda Rusiya hücumlarının nəticələri və müharibə şəraitində ölkənin gündəlik həyatı əks olunub.
Seçməyə daxil edilən fotolar:
- Odessa, 29 iyul – Rusiyanın raket zərbəsindən sonra baş verən yanğının tüstüsü fonunda çimərlikdə istirahət edən insanlar. (Konstantin Liberov)
- Kiyev, 24 may – Hücumdan sonra bazarda və ticarət mərkəzində baş verən yanğınların tüstüsünə bürünmüş küçədə hərəkət edən qadın. (Sergey Korovaynı)
- Xarkov, 12 oktyabr – Hərbçilər və xilasedicilər mənzilinin dağıntıları altından çıxarılan kişini təcili tibbi yardım avtomobilinə aparırlar. (Maurisio Lima / “The New York Times”)
- Kiyev, 15 sentyabr – Rusiyanın Sumı şəhərinə aviabomba zərbəsi nəticəsində yaralanan Alena Vasilets və Veronika Ovçarovanın “Oxmatdet” xəstəxanasında görüşü. (Yohanna Mariya Frits / “The New York Times”)
- Kiyev, 18 fevral – Nikolayev yaxınlığında ağır yaralanmış veteran və psixoloq Yeqor Babenko Veteranlar Teatrında “Eneida” tamaşasının məşqində. (Mariliz Vinyo)
- Çernobıl Atom Elektrik Stansiyası, 13 mart – Stansiyanın əməkdaşı istifadə olunmuş nüvə yanacağının XOYAT-1 anbarında. (Gerd Lüdviq)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.








































































































