Sabah Bakıda Azərbaycan-Xorvatiya Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək

Sabah Bakıda Azərbaycan-Xorvatiya Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək

Hazırda oxunan: Sabah Bakıda Azərbaycan-Xorvatiya Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək
182301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 13-də Bakıda Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın üçüncü iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç martın 12-də Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda deyib.

“Sabah biz Bakıda Hökumətlərarası Komissiyanın üçüncü iclasını keçirəcəyik. Xorvatiyanın iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün bu gün axşam Bakıya gələcək. O, Azərbaycanın mədəniyyət naziri (Azərbaycan tərəfdən komissiyanın həmsədri), eləcə də iqtisadiyyat naziri ilə danışıqlar aparacaq”, – deyə səfir əlavə edib.

Qeyd edək ki, Azərbaycan-Xorvatiya Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2021-ci ilin oktyabr ayında Zaqrebdə keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO