ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə zəng etdi 

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə zəng etdi 

Hazırda oxunan: ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə zəng etdi 

177405

Fevralın 9-da ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

ICESCO-nun Baş direktoru dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması ilə bağlı təbriklərini və xoş arzularını çatdırıb, ona Azərbaycanın tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni bir daha yüksək qiymətləndirib. 
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. 

Telefon söhbəti zamanı Azərbaycanla ICESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO