İlham Əliyev və Mehriban Əliyeva “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev və Mehriban Əliyeva “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO/VİDEO
169963
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı və birinci xanım kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər. 

Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. 
Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir. 
 



İlham Əliyev və Mehriban Əliyeva “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO/VİDEO - foto 1
İlham Əliyev və Mehriban Əliyeva “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO/VİDEO - foto 2
İlham Əliyev və Mehriban Əliyeva “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO/VİDEO - foto 3
İlham Əliyev və Mehriban Əliyeva “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO/VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO