Rəsulzadənin nəvəsi: “Seçkilərdə İlham Əliyevi dəstəkləyəcəm” - VİDEO 

Rəsulzadənin nəvəsi: “Seçkilərdə İlham Əliyevi dəstəkləyəcəm” - VİDEO 

Hazırda oxunan: Rəsulzadənin nəvəsi: “Seçkilərdə İlham Əliyevi dəstəkləyəcəm” - VİDEO 

169761

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, modern.az-a açıqlamasında böyük ehtimalla İlham Əliyevin yenidən Prezident seçiləcəyini bildirib:

“Ümidvaram ki, seçkilər demokratik şəkildə həyata keçiriləcək. Bir sıra namizədlər var. Təbii ki, kim çox səs yığacaq, o da qazanacaq. Bizim hazırkı Prezidentimizin reytinqi çox yüksəkdir. Yəqin ki elə o da seçiləcək”.

R. Rəsulzadə seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyini vurğulayıb: “Səsvermədə iştirak etmək hər birimizin borcudur. Bir vətəndaş kimi seçkilərdə iştirak etməliyik. Yəqin ki mənim dəstəyim cənab İlham Əliyevə olacaq. Səsimi ona verəcəm”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasından (YAP) İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) partiya sədri, deputat Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc və Böyük Azərbaycan Partiyasından (BAP) partiya sədri Elşad Musayev, Haqq, Ədalər və Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev və Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Ümid Partiyası (İqbal Ağazadə) və Haqq Ədalət Partiyası (Əli İnsanov) növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarlarını açıqlayıb. Onlar Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO