Azərbaycanla sülh müqaviləsi yaxın günlərdə imzalana bilər - Alen Simonyan

Azərbaycanla sülh müqaviləsi yaxın günlərdə imzalana bilər - Alen Simonyan

Hazırda oxunan: Azərbaycanla sülh müqaviləsi yaxın günlərdə imzalana bilər - Alen Simonyan
167891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yaxın günlərdə imzalana bilər.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Mən artıq demişəm ki, sülh müqaviləsi 5-10 gün ərzində imzalana bilər. Biz təkliflərimizi göndərmişik. Bu, artıq 6-cı mübadilədir... Əgər Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh müqaviləsinin imzalanması bir neçə gün ərzində baş verə bilər”, - Simonyan bildirib. 
"Bəli, biz sülhə doğru irəliləyirik. Bizim münaqişədə olduğumuz və bunun həlli mümkün olmayan məsələ olduğu barədə iddialar mənim üçün qəbuledilməzdir. Tarix bir çox hadisələrə şahidlik edib: İngiltərə və Fransa 116 il vuruşub, bir-birini öldürüb. Və bu gün İngiltərə və Fransa ən yaxın müttəfiqlərdir”, - Simonyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan eyni regiondadır və bütün problemləri həll etməlidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO