Azərbaycanlılar Aktaudakı xilasedicilərə isti yemək və su paylayıb – VİDEO

Azərbaycanlılar Aktaudakı xilasedicilərə isti yemək və su paylayıb – VİDEO

Hazırda oxunan: Azərbaycanlılar Aktaudakı xilasedicilərə isti yemək və su paylayıb – VİDEO
638739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın Aktau şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri Xəzər dənizində axtarış-xilasetmə əməliyyatı aparan hərbçi və xilasedicilərə yardım göstəriblər.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə onların əraziyə isti yemək, su və müxtəlif içkilər gətirdiklərini əks etdirən görüntülər yayılıb. 

Yardım diaspor nümayəndələri, restoran sahibləri və digər şəxslərin şəxsi vəsaiti hesabına təşkil edilib.

Qazaxıstandakı Azərbaycan icmasının nümayəndəsi Elmir Şahsuvarov azərbaycanlıların axtarış-xilasetmə işləri başa çatanadək ərazidə qalmağa və lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
 

Azərbaycan icmasının bu çətin və həssas məqamda nümayiş etdirdiyi həmrəylik yerli ictimaiyyət arasında böyük rəğbətlə qarşılanıb, iki xalq arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət və qardaşlıq münasibətlərinin daha bir nümunəsi kimi qiymətləndirilib.


Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizində keçirdiyi təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa 19 hərbçini dənizə aparıb.

Hadisə nəticəsində 12 hərbi qulluqçu həlak olub. Xəzər dənizində hərbi qulluqçuların həlak olması ilə əlaqədar 25 sentyabr tarixi Qazaxıstanda milli matəm günü elan edilib. Faktla bağlı Qazaxıstan Silahlı Qüvvələrinin 5 məsul şəxsi saxlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO