Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların ölümü ilə əlaqədar Qazaxıstan Müdafiə Nazirliyinin beş vəzifəli şəxsi saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi və baş komandanının birinci müavini, iki hərbi hissə komandiri, eləcə də dəniz piyadaları bölüyünün və patrul katerinin komandirləri var.
Onlar vəzifələrində səhlənkarlıq və ağır nəticələrə səbəb olan naviqasiya qaydalarının pozulması ilə bağlı cinayət əməlləri törətməkdə şübhəli bilinərək Aktau Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
İstintaq Qazaxıstan Daxili İşlər Nazirliyinin hərbi istintaq bölməsi tərəfindən aparılır.
Bizim.Media


























































































