Xəzər dənizində keçirilən təlimlər zamanı həlak olan hərbi qulluqçuların xatirəsini anmaq məqsədilə Qazaxıstandakı dövlət binaları üzərindəki bayraqlar yarıyadək endirilib.
Bizim.Media xəbər verir ki, Astana şəhərindəki 100 metrdən çox hündürlüyə malik dirəkdə respublikanın bayrağı endirilib.
Qeyd edək ki, Xəzər dənizində Qazaxıstanın Manqistau vilayətindəki təlimlər zamanı həlak olan hərbi qulluqçuların sayı 14-ə çatıb.
Sentyabrın 24-də hərbi qulluqçular Xəzər sahilində döyüş təlimi keçirirdilər. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, təlim zamanı hava kəskin şəkildə pisləşib və külək güclənib, nəticədə dəniz dalğaları bir qrup hərbçini dənizə aparıb.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin sərəncamı ilə Manqistau vilayətində hərbçilərin həlak olması ilə əlaqədar 25 sentyabr 2026-cı il tarixində ölkədə ümummilli matəm elan edilib.
Bizim.Media
































































































