DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

Hazırda oxunan: DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

631908

Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
 

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Teymur Cavadov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən xüsusi qulluq edilərək yetişdirdiyi 62 ədəd narkotik tərkibli kol aşkarlanıb.


Bundan başqa, rayon ərazisində keçirilən digər tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO