Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Hazırda oxunan: Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

631901

Ukrayna PUA-ları Rusiyanın ən böyük partlayıcı maddə istehsalı zavoduna kütləvi zərbə endirib. 

Bizim.Media monitorinq kanallarına istinadən xəbər verir ki, avqustun 19-a keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərinə hücum edib.

Region ərazisində PUA hücumu təhlükəsi rejimi elan olunub, sosial şəbəkələrdə isə yerli sakinlərin çəkdiyi və şəhər üzərində güclü tüstülənməni əks etdirən kadrlar yayılıb.

"Astra" nəşrinin məlumatına görə, hücumun əsas hədəfi Y.M.Sverdlov adına Dövlət Müəssisəsi (FİK) müdafiə-kimya zavodu olub. Yüz ildən artıq tarixi olan bu müəssisə Rusiyanın ən böyük partlayıcı maddə istehsalçılarından biridir və Hərbi Sənaye Kompleksinin strateji əhəmiyyətli obyektidir.
 

Rusiya ordusunun təchizatındakı roluna görə zavod Ukrayna, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə və Yaponiyanın sanksiya siyahısındadır. 


Xatırladaq ki, sözügedən obyekt daha əvvəl də Ukrayna dronlarının hədəfi olub — müəssisəyə əvvəlki analoji zərbə aprelin 30-da qeydə alınmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO