Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

Hazırda oxunan: Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

631893

Türkiyənin Trabzon əyalətində polis idarəsinin həyətinə pilotsuz uçuş aparatı (PUA) düşüb.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət qubernatoru Tahir Şahin məlumat verib.

İnsident nəticəsində xəsarət alan olmayıb, lakin üç avtomobilə zərər dəyib. Aidiyyəti qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.
 

Qeyd edək ki, bu, son bir neçə gündə Türkiyədə qeydə alınan analoji dördüncü haldır. Bundan əvvəl PUA-lar Düzcə əyalətində və Sakarya əyalətinin Qara dəniz sahilində tapılmışdı.


Həmçinin, ehtimal ki, dron hissələrinə İstanbulda, beynəlxalq hava limanının yaxınlığındakı çimərlikdə də rast gəlinib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO