Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Hazırda oxunan: Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

631868

Türkiyənin "Yeni Partiyası"nın (YENİ Parti) üzvü, Qaziantepdən seçilən deputat Melih Meriç şəhərin mərkəzində bıçaqlı hücuma məruz qalaraq yaralanıb.

Bizim.Media bu barədə TRT Haber-ə istinadla xəbər verir.
 

Şahinbey rayonunun Akkent məhəlləsində hücuma məruz qalan millət vəkilinin Qaziantep Şəhər Xəstəxanasında əməliyyat olunub. Hücum edən şəxsin CHP-nin (Cümhuriyyət Xalq Partiyası) Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleş olduğu məlum olub.


Hücum anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Görüntülərdə Meriç ilə şübhəli Seydi Ahmet Keleş arasındakı gərginlikdən sonra baş verən əlbəyaxa dava əks olunub.

Millət vəkili Meriçin günorta saatlarında şəxsi mühafizəçisinə icazə verdiyi üçün hadisə zamanı yanında olmadığı məlum olub.

Xəstəxananın baş həkimi prof. dr. Ahmet Ulaşan deputatın bağırsaq nahiyəsindən yaralandığını və zədələnmiş hissənin bərpa edildiyini, hazırda vəziyyətinin stabil olduğunu bildirib.

Qaziantep Respublika Baş Prokurorluğu tərəfindən dərhal məhkəmə araşdırması başladılıb. Hazırda Seydi Ahmet Keleşin axtarışları davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO