Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Hazırda oxunan: Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO
631858
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qobu-Lökbatan yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, iki sabiq futbolçunun ölümü ilə nəticələnən qəza iyulun 29-da qeydə alınıb.

Ərazidə yaşayan sakinlər deyirlər ki, bu yolda tez-tez qəzalar baş verir. Həmin yerdə olarkən daha bir minik avtomobilinin aşdığını gördük.
 

Yola yaxın yaşayış məntəqələrinin olması problemi daha da artırır. Sürücülərin sözlərinə görə, yolda nişanlanmanın olmaması qaydaların daha çox pozulmasına səbəb olur.


Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən ərazidə yol hərəkəti təhlükəsizliyinin vəziyyəti daim diqqətdə saxlanılır. Bununla yanaşı, ərazidə DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO