Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO
631601
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin (ABAM) uşaqları və təlimçiləri üçün qatar səfəri təşkil edib.

Bizim.Media xəbər verir ki, Mərkəzin uşaqları onları müşayiət edən təlimçilərlə birgə dəmir yolu səyahətini yaxından yaşamaq imkanı əldə ediblər. Uşaqlar qatarla tanış olub, səfər boyunca yeni təəssüratlar qazanıb və fərqli bir gün keçiriblər.
 

Layihə çərçivəsində Mikayılın və dostlarının Mərkəzdən başlayan, qatar səfəri ilə davam edən hekayəsi ADY tərəfindən film formatında lentə alınıb. Film bir uşağın qatarlara marağından başlayan və dostları ilə bölüşdüyü səfərin hekayəsini əks etdirir.


Mərkəzin mütəxəssisləri filmdə autizmli uşaqlarda qatarlara marağın yaranmasının səbəblərindən də danışırlar.

Qatarın davamlı və nizamlı hərəkəti, təkrarlanan ritmi, fırlanan çarxları, eləcə də pəncərədən ardıcıl dəyişən mənzərələr bəzi uşaqlar üçün maraqlı və rahatladıcı sensor təcrübə yarada bilər. Məhz bu xüsusiyyətlər qatarları onların xüsusi maraq dairəsinə çevirə bilir.

ADY inklüzivliyin təşviqini, fərqli ehtiyacları olan uşaqların ictimai həyatda iştirak imkanlarının genişləndirilməsini və onlar üçün yeni təcrübələrin əlçatan olmasını mühüm istiqamətlərdən biri hesab edir.




Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO - foto 1
Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO - foto 2
Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO - foto 3
Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO - foto 4
Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO - foto 5
Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO - foto 6
Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO - foto 7
Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO