Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

Hazırda oxunan: Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

631379

Ukraynanın paytaxtı Kiyevdə Poçayna ərazisində yerləşən Kitab bazarında təxminən 2 min kvadratmetr sahədə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, səhər saatlarında bazarın ərazisindən qalxan güclü tüstü şəhərin sol sahilindən də görünüb.

Yayılan görüntülərdə yanğın nəticəsində çoxlu sayda kitabın məhv olduğu görünür.

Bundan əlavə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin gecə ərzində Rusiyanın hücumu zamanı 88 hava hədəfini vurduğu bildirilib. Məlumata görə, Rusiya Ukraynaya 106 pilotsuz uçuş aparatı ilə yanaşı, gəmiəleyhinə, ballistik və idarəolunan aviasiya raketləri ilə hücum edib.

Ukrayna tərəfi 13 ərazidə zərbə, 3 ərazidə isə vurulmuş hədəflərin qalıqlarının düşməsi barədə məlumat verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO