Husilər Moxa limanına yenidən hücum etdi – VİDEO

Husilər Moxa limanına yenidən hücum etdi – VİDEO

Hazırda oxunan: Husilər Moxa limanına yenidən hücum etdi – VİDEO

631328

Yəmənin Qırmızı dəniz sahilində yerləşən Moxa limanı husilərin növbəti hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, Yəmən ordusunun məlumatına görə, limana altı ballistik raket atılıb.

Hücum nəticəsində ən azı bir təhlükəsizlik əməkdaşı həlak olub, səkkiz nəfər yaralanıb. Zərbələrdən sonra iki dəniz piyadasının itkin düşdüyü bildirilir.
 

Hadisənin Qırmızı dəniz və Bab əl-Məndəb bölgəsində gərginliyin davam etdiyi bir vaxtda baş verməsi diqqət çəkir.


Qeyd edək ki, Moxa limanı Yəmənin qərb sahilində yerləşən və Qırmızı dənizə çıxışı baxımından strateji əhəmiyyət daşıyan obyektlərdən biridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO