ABŞ Prezidenti Donald Tramp İranı tamamilə məhv etmək imkanına malik olduqlarını, lakin bunu etmək istəmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri “Fox news”un müxbirinə açıqlamasında bu barədə danışıb.
ABŞ lideri İranda mümkün zərbələrin Konqres seçkiləri ərəfəsində ABŞ-a qarşı yönəlib-yönəlməyəcəyi ilə bağlı suala cavab verərkən deyib:
“Onlara qarşı əvvəllər heç vaxt tətbiq olunmayan iqtisadi sanksiyalarımız var. Lakin onlar zərbə endirsələr, biz də cavab verəcəyik”.
Trampın sözlərinə görə, ABŞ İranı tamamilə məhv edə biləcək gücə malikdir, lakin Vaşinqton belə bir addım atmaq niyyətində deyil.
Bizim.Media































































































