Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü- Video

Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü- Video

Hazırda oxunan: Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü- Video

631146

Bakıda taksi sürücüsü uşaqlı sərnişini yolda düşürdüb.

Bizim.Media xəbər verir ki, Baku.ws-ə danışan sərnişinin sözlərinə görə, o, taksi sifariş edib və avtomobilin gəlməsi üçün təxminən 8 dəqiqə gözləyib. Taksi gəldikdən sonra azyaşlı uşağı ilə birlikdə avtomobilə əyləşib.
 

İddiaya görə, sürücü əvvəlcə sərnişinə qarşı kobud davranıb. Ardınca, təxminən 5-6 dəqiqə yol getdikdən sonra qəfil “mən uşaqlı adam götürmürəm” deyərək avtomobili saxlayıb.


Sərnişin sürücüdən belə vəziyyətdə nə etməli olduğunu soruşsa da, onun avtomobildən düşməsini istəyib.

Hadisənin baş verdiyi avtomobilin dövlət nömrə nişanının 77-UY-148 olduğu bildirilir. Sərnişin sürücünün bu davranışından narazı qalaraq məsələ ilə bağlı tədbir görülməsini istəyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO