Mərdəkan sakinlərinin həllini tapmayan problemi - VİDEO

Mərdəkan sakinlərinin həllini tapmayan problemi - VİDEO

Hazırda oxunan: Mərdəkan sakinlərinin həllini tapmayan problemi - VİDEO
630990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər rayonunun Mərdəkan qəsəbəsində sakinlər məişət tullantılarının qanunsuz şəkildə boş əraziyə atılmasından narazıdırlar.

Bizim.Media xəbər verir ki, Baku TV-yə danışan sakinlər bildirirlər ki, Maarif Musayev küçəsində yerləşən sahə illərdir zibilliyə çevrilib.

Ərazi hasarlansa da, hasarın bir hissəsinin dağıdılması tullantıların buraya daşınmasını asanlaşdırır.

Xüsusilə isti havalarda yaranan üfunət qoxusu və həşəratların çoxalması sakinlərin narahatlığına səbəb olur.
 

Məlumata görə, ərazidə tullantıların yandırılması ilə bağlı daha əvvəl yanğın hadisəsi də baş verib. Bildirilir ki, tullantıların yandırılması zamanı ərazidə güclü tüstülənmə yaranıb və yaxınlıqdakı sakinlər müdaxilə edərək yanğını söndürüblər.


Sakinlər problemin aradan qaldırılması üçün ərazinin təmizlənməsini və hasarın dağıdılmış hissəsinin bərpa olunmasını istəyirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlara bununla bağlı müraciətlər edilsə də, problem hələ də həllini tapmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO