Binəqədi sakinləri çıxılmaz vəziyyətdə: "220 manat verdim, 120-si yoxdur!" - VİDEO

Binəqədi sakinləri çıxılmaz vəziyyətdə: "220 manat verdim, 120-si yoxdur!" - VİDEO

Hazırda oxunan: Binəqədi sakinləri çıxılmaz vəziyyətdə: "220 manat verdim, 120-si yoxdur!" - VİDEO

630818

Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121C ünvanında yaşayan vətəndaş deyir ki, liftin təmiri üçün ondan 220 manat pul tələb olunub. O da digər sakinlər kimi tələb olunan məbləği verib.

Bizim.Media xəbər verir ki, Baku TV-nin məlumatına görə, bir müddət sonra komendant işdən çıxarılıb.

Elə olanlar da bundan sonra baş verib.
 

"Məndən lift üçün tələb olunan 220 manat ödənilsə də, yeni gələn komendant uçot kitabçasında bunun cəmi 100 manatının qeyd edildiyini bildirdi. 120 manatın harada olduğu bəlli deyil. Keçmiş komendantla dəfələrlə əlaqə saxlamışıq. Hər dəfə müxtəlif bəhanələr gətirərək məbləği geri qaytaracağını desə də, hazırda zənglərə cavab vermir", - deyə şikayətçi Faiq Məmmədov bildirib.


F.Məmmədov mövcud problemlə yalnız onun yox, binanın digər sakinlərinin də qarşılaşdıqlarını vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO