Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI - VİDEO

Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI - VİDEO

Hazırda oxunan: Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI - VİDEO

630575

Toyların başlamasına sayılı günlər qalıb. Artıq şadlıq saraylarında yeni mövsümə son hazırlıq işləri aparılır.

Bizim.Media xəbər verir ki, təxminən 2 aya yaxın müddətdir ki, toy mərasimlərinin keçirliməsində yaranan fasilə bir neçə gün sonra başa çatır.
 

Bununla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi şadlıq saraylarında artıq tarixlər əvvəlcədən müəyyən olunub. İnzibatçıların sözlərinə görə, hətta elə müştərilər var ki, 5 ay əvvəldən tarix təyin ediblər. Ötən illə müqayisədə tələbatın artıdığı da deyilir.


İnzibatçıların sözlərinə görə, qiymətlərdə təxminən 10 faiz artım var. Maksimal məbləğ müştərinin istəyindən asılı olaraq dəyişə bilir. Minimal qiymətlər isə şadlıq evlərinə, göstərilən xidmətə uyğun dəyişir.

İnzibatçılar menyularda bahalaşmaya səbəb kimi ətin qiymətinin artmasını göstərirlər.

Qeyd edək ki, iyun ayının 16-dan təxminən 2 ay müddətində, yəni avqustun 14-dək Məhərrəm və Səfər ayları ilə əlaqədar olaraq şadlıq məclislərinin keçirilməsində fasilələr yaranmışdı.

Daha ətraflı Xezerxeber-in mövzu ilə bağlı videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO