Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var - VİDEO

Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var - VİDEO

Hazırda oxunan: Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var - VİDEO
630546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Şor gölündən Dərnəgül istiqamətinə gedən yolda beton panellərin dibindən su axır.

Bizim.Media xəbər verir ki, Baku TV-nin məlumatına görə, suyun sızması nəticəsində panellərin altındakı torpağın yuyulması ərazidə boşluqların yaranmasına və çökmə təhlükəsinə səbəb olur.

Qeyd edək ki, sözügedən yolun təxminən 2023-2024-cü illərdə inşa edildiyi bildirilir.
 

Yolun tikintisi zamanı qrunt və kanalizasiya sularının ərazidən kənarlaşdırılması üçün drenaj sisteminin quraşdırıldığı açıqlanmışdı. Lakin hazırkı vəziyyət drenaj sisteminin fəaliyyəti ilə bağlı suallar yaradır.


Ərazidə müşahidə edilən digər problem isə beton panellərin üzərindəki üzlüklərin tökülməsidir. Daha əvvəl də bu məsələ ilə bağlı məlumatlar yayılmış, küləyin təsiri nəticəsində üzlüklərin qoparaq sürücülər üçün təhlükə yaratdığı bildirilmişdi. Lakin görünən odur ki, problemlə bağlı hələlik hər hansı tədbir görülməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO