Avtobusla velosipedçini çətin vəziyyətə saldı - Video

Avtobusla velosipedçini çətin vəziyyətə saldı - Video

Hazırda oxunan: Avtobusla velosipedçini çətin vəziyyətə saldı - Video

630318

Sumqayıtda avtobus sürücüsü velosipedçiyə təhlükəli vəziyyət yaradıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə görüntüləri velosiped həvəskarları çəkərək sosial şəbəkədə paylaşıblar. 

Videodan məlum olur ki, avtobus yolun sağı ilə hərəkətdə olan velospedçinin yanından sürətlə və təhlükəli şəkildə keçir.

Nəticədə velosipedçi xəsarət alır, sürücü isə hadisə yerindən uzaqlaşır. 
 

DİN-in Mətbuat xidmətindən məsələ ilə bağlı bildirilib ki, sosial şəbəkələrdə Sumqayıt şəhəri ərazisində sərnişin avtobusunun velosiped idarə edən şəxsə təhlükəli vəziyyət yaratmasını əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb:


“Keçirilən tədbirlərlə avtobusu idarə edən sürücü, 34 yaşlı E.Əliyev müəyyən olunaraq izahatının alınması üçün ərazi polis orqanına dəvət edilib. Nəqliyyat vasitəsi mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib. Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO