Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Hazırda oxunan: Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs
630195
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyadakı quşlar müxtəlif mahnılar oxusalar da, hamısı eyni 8 əsas səs növündən istifadə edir.

Bizim.Media  xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Belə ki, Fransa və ABŞ alimləri 3160 sərçəkimilər növünün 117 minə yaxın səs yazısını təhlil edərək bu qənaətə gəliblər.

İnsan nitqindəki hecalara bənzəyən bu səslərə müxtəlif sürətli cəvəlləmələr, fitlər və harmonik notlar daxildir. Bir quş növü ortalama 4-5 səs tipini kombinasiya edir.

Alimlər müəyyən ediblər ki, səs seçimi quşun yaşadığı mühitdən və bədən ölçüsündən asılıdır. Sıx tropik meşələrdə uzağa çatması üçün sadə fitlər, mülayim iqlimdə isə daha mürəkkəb və sürətli səslər üstünlük təşkil edir. İri quşlar sadə, kiçik quşlar isə daha sürətli və mürəkkəb səslər çıxarmağa meyillidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO