Kosovoda deputat baş nazirə yumurta atdı - parlamentin iclası yarımçıq qaldı - VİDEO

Kosovoda deputat baş nazirə yumurta atdı - parlamentin iclası yarımçıq qaldı - VİDEO

Hazırda oxunan: Kosovoda deputat baş nazirə yumurta atdı - parlamentin iclası yarımçıq qaldı - VİDEO

630160

Qismən tanınmış Kosovo Respublikasının parlamentində müxalifətçi deputat baş nazir Albin Kurtinin üzərinə bir neçə yumurta atıb.

Bizim.Media xəbər verir ki, hadisə «Alyans» müxalifət partiyasının deputatı Time Kadria tərəfindən törədilib. Deputat Baş nazirə tərəf yumurta ataraq «Ayıb olsun!» deyə qışqırıb.

Kadria parlament sədrinin seçilməsinin növbəti dəfə təxirə salınmasına etiraz edib. Bildirilir ki, bunun üçün nəzərdə tutulan 30 günlük müddət artıq başa çatıb.

Nəticədə parlamentdə yaranan gərginlik səbəbindən iclasın keçirilməsi pozulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO