Ukrayna dəniz pilotsuz aparatları Yalta şəhərinin liman zonasına hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.
Şahidlərin çəkdiyi fotolarda şəhər üzərində tüstü qalxdığı görünür.
Yerli sosial şəbəkə kanallarında sahilboyu ərazidə yerləşən "Hungry Bird" kafesində yanğın baş verməsi barədə məlumatlar yayılıb. Daha sonra kafenin yanındakı binanın da alovlandığına dair xəbərlər daxil olub.
Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.


Bizim.Media



























































































