Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Hazırda oxunan: Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

629054

Rusiya müxalifətçisi Boris Nadejdin ölkəni tərk etdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında Eyfel qülləsi fonunda çəkilmiş videonu paylaşaraq bildirib.

"Sağam və azadlıqdayam", – deyə Nadejdin qeyd edib.

Xatırladaq ki, 2026-cı ilin iyununda o, müstəqil namizəd kimi Dövlət Dumasına seçkilərdə iştirak etmək üçün sənədlər təqdim etmişdi. İyulun 10-da Rusiya Ədliyyə Nazirliyi onu "xarici agent" siyahısına daxil edib.
 

Üç gün sonra isə siyasətçi Aleksey Navalnının fotosuna görə "ekstremist simvolikanın nümayişi" maddəsi ilə saxlanılıb və 1000 rubl cərimələnib. Həmçinin onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilirdi.


Boris Nadejdin 2024-cü ildə də müharibə əleyhinə proqramla Rusiya prezidentliyinə namizəd olmaq istəsə də, Mərkəzi Seçki Komissiyası onun qeydiyyatından imtina etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO