Qadın bədəninə 106 köpəkbalığı döyməsi etdirərək dünya rekordu qırdı – VİDEO

Qadın bədəninə 106 köpəkbalığı döyməsi etdirərək dünya rekordu qırdı – VİDEO

Hazırda oxunan: Qadın bədəninə 106 köpəkbalığı döyməsi etdirərək dünya rekordu qırdı – VİDEO

627677

ABŞ-li bioloq Emili Morrison bədəninə 106 köpəkbalığı döyməsi etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə New York Post nəşri məlumat yayıb.
 

Bildirilib ki, Emili həyatını köpəkbalıqlarının öyrənilməsinə həsr edib. Maraqlıdır ki, o, uşaqlıqda "Çənələr" (Jaws) filmini izlədikdən sonra bu canlılardan ciddi şəkildə qorxurmuş.


Lakin atasının təşviqi ilə köpəkbalıqları haqqında daha çox məlumat əldə etdikcə qorxusu tədricən maraq və sevgiyə çevrilib.

Hazırda bioloqun bədənində 71 müxtəlif köpəkbalığı növünü əks etdirən 106 döymə var. O, həmçinin köpəkbalıqları ilə birlikdə üzür, dalğıc turları təşkil edir və unikal döymə kolleksiyasını genişləndirməyə davam edir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO