“44 günlük müharibə haqqında film çəkmək hələ tezdir” – AYAZ SALAYEV

“44 günlük müharibə haqqında film çəkmək hələ tezdir” – AYAZ SALAYEV

Hazırda oxunan: “44 günlük müharibə haqqında film çəkmək hələ tezdir” – AYAZ SALAYEV
86655
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan kinosunun 124 yaşı tamam olur. 

Milli kinomuzun haqqında Bizim.Media ilə fikirlərini bölüşən məşhur kinoşünas, kinorejissor Ayaz Salayev Azərbaycan kinosu ilə bağlı arzularını dilə gətirib:

“Artıq 124 yaşı olan Azərbaycan kinosuna arzum budur ki, ona çiyinləri üzərində olan ağır məsuliyyəti həyata keçirə bilmək üçün imkan verilsin. Bu gün xalq və millət olaraq yeni tarixi dövrdən keçirik. Kinonun burada rolu əvəzsiz ola bilər”.

Müstəqilliyimizin ən şanlı səhifələrindən olan İkinci Qarabağ müharibəsinə aid filmlərin çəkilməməsinə gəlincə isə Ayaz Salayev bunun üçün hələ tez olduğunu söyləyib:

“44 gün ərzində Qarabağda yazılan yeni qələbə tarixi Azərbaycan kinosu adına böyük bir mövzudur. Bu baxımdan əminəm ki, biz məhz İkinci Qarabağ, Vətən müharibəsi mövzusunda gözəl əsərlər yarada biləcəyik, amma düşünürəm ki, bunun üçün hələ tezdir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO