Nizami Gəncəvi ilinə həsr edilmiş musiqi albomu – TƏQDİMAT  

Nizami Gəncəvi ilinə həsr edilmiş musiqi albomu – TƏQDİMAT  

Hazırda oxunan: Nizami Gəncəvi ilinə həsr edilmiş musiqi albomu – TƏQDİMAT  

26264

“Nizami Gəncəvi İli” münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanmış “ETERNITY” (Əbədilik) musiqi albomu ictimaiyyətə təqdim olunub.

Bu barədə Bizim.Media-ya musiqi albomunun prodüseri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov məlumat verib.

O, bildirib ki, albom Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsini əsas götürərək, dünyada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin təbliğ edilməsində mühüm rol oynayacaq.

“Layihənin rəhbəri Türkiyədə yaşayan həmyerlimiz, Mimar Sinan Güzel Sanatlar Universitetinin doktorantı, musiqiçi Vüqar Qurbanov, musiqi redaktoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov, dizayneri isə Səbinə Rəhimzadədir.

Albomda Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov və bir çox Azərbaycan dahi bəstəkarları tərəfindən bəstələnmiş mahnı-romanslar yer alıb. Dahi bəstəkarların əsərləri vokal ifaçılarından, Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, İlham Nəzərovun tərəfindən ifa edilib”.

Vüsalə Balayeva, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO