Sinəsi götürülən aktrisa:

Sinəsi götürülən aktrisa: "Ölümdən qayıtdım" - ÖZƏL

Hazırda oxunan: Sinəsi götürülən aktrisa: "Ölümdən qayıtdım" - ÖZƏL

83662

“İyunun 15-i Tibb Universitetinin Onkoloji Klinikasında sinəmdən əməliyyat olundum. Əməliyyatı İndira Səfərova edib. 5-6 gündən sonra həkimlər məni xəstəxanadan evə göndərdilər. Çox ağır əməliyyatdır. Sinəmə su yığılır. Əvvəlcə şlanq qoymuşdurlar, indi isə şpris ilə təmizləyirlər. Hər 3 gündən bir xəstəxanaya gedib sarğılarımı dəyişirəm. Ötən gün yenə getdim. Bu dəfə tikişlərimi tam sökdülər. Özümü o qədər də yaxşı hiss etmirəm. Şiddətli ağrılarım olur”.  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məşhur aktrisası Məsumə Babayeva deyib.       

Aktrisa bildirib ki, çoxsaylı şişlər aşkarlandığından onu sağ tərəfdə olan sinəsi əməliyyat yolu ilə götürülüb:

“Sinəmin birini əməliyyat vasitəsi ilə tam götürdülər. Sinənin içində 15 düyün və şiş əmələ gəlmişdi. Sinəmi qoltuğumun altına qədər kəsib götürüblər. Sağ tərəf üstə yata bilmirəm. Bir təhər dözürəm. Öldüm, ölümdən qayıtdım. Ölə bilərdim. Şəkərim çox yüksək olduğundan komaya da düşə bilərdim.
Əməliyyat zamanı şəkərim bir neşə dəfə düşüb-qalxıb. Dörd gün reanimasiyada qaldım. Özümdə-sözümdə olmamışam. İynə vurdular özümdən getdim. Beşinci gün reanimasiyadan palataya köçürtdülər. Altıncı gün isə məni evə buraxdılar. Bilirsiz ki, mənim şəkərimdə var. Həkimlər sağolsunlar, şəkərimi müxtəlif dərmanlarla, həb deyil, iynə vasitəsi aşağa salmağa çalışırlar. Yeməyimə çalışıram diqqət yetirim”.  

M.Babayevanın sözlərinə görə, ağrılı dönəmdə nə həmkarları baş çəkib, nə də ki Mədəniyyət Nazirliyi onun səhhəti ilə maraqlanmayıb:  

“Bir neçə sənət dostum var ki, zəng edib maraqlanırlar. Söz versələr də işlərinin çoxluğundan hələ də məni görməyə evə gəlməyiblər. Son günlərimdə bir neçə seriallarda rol aldım. Orada mənimlə bir yerdə çəkilən aktyorlardan da xəbər yoxdur.

Nə zəng edirlər, nə də ki maraqlanırlar. İşlədin, bitirdin vəssalam. Sən artıq heç kimə lazım deyilsən. Kim zəng edəcək ki?! Yox, heç kim mənimlə maraqlanmır. Səhhətimlə yalnız sizin redaksiyanız maraqlanıb və bir iki başqa jurnalist zəng edib. Mədəniyyət Nazirliyinin nə işinə qalıb ki, mənimlə maraqlansın.

Heç nə... Çalışdığım Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrla yalnız kontraktım var. Oradan işdən çıxmışam. Heç kimə maraqlı deyiləm. Adını çəkdiyiniz qurum və idarələrə lazım deyiləm”.  
Aktrisa bildirib ki, onun qayğısına qızı ilə nəvəsi qalır:   

“Dəhşət ağrılarım olur. Ağrıkəsiçi dərmanlar qəbul edirəm ki ağrılarım azalsın. Ağrıdan evdə qışqırıram. Qayğıma yalnız qızım və nəvəm qalır”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO