Azərbaycanı təhqir edən Lyubovdan Bakıdakı konsertinin ləğvi ilə bağlı REAKSİYA

Azərbaycanı təhqir edən Lyubovdan Bakıdakı konsertinin ləğvi ilə bağlı REAKSİYA

Hazırda oxunan: Azərbaycanı təhqir edən Lyubovdan Bakıdakı konsertinin ləğvi ilə bağlı REAKSİYA
75317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün oyananda sarı qəzet və publik səhifələrin yaydığı bir xəbərdən çaşıb qaldım. Guya mənim Azərbaycan və Ermənistan xalqları arasındakı münaqişə haqda siyasi fikirlərimə görə Bakıdakı konsertimin ləğv edilməsi haqda xəbərdən. Bu, məni şoka saldı!”.  

Bizim.Media xəbər verir ki, rusiyalı müğənni Lyubov Uspenskaya Bakı konsertinin ləğv olunmasına “Instagram” səhifəsində münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanı təhqir edən Lyubov Uspenskayanın Bakıda konserti ləğv edildi - FOTO/VİDEO


Ermənipərəstlikdə ittiham olunan müğənni bütün Qafqaz xalqlarını sevdiyini bildirib:

“Axı insanlar məni nədəsə ittiham etmək, münaqişəyə qatmaq istəyir. Məni – sülhsevər və xeyirhah insanı. Başa düşürəm ki, bunu üç il əvvəlki feyk xəbər əsasında şişirdiblər, amma hansı məqsədlə? Məni – bütün Qafqaz xalqlarını sevən, onların dilində ifa edən (o cümlədən Azərbaycan dilində “Ağ çiçəyim”), Azərbaycan artistləri ilə eyni səhnədə çıxış edən insanı. Mən həm Azərbaycanı, həm də bir müddət yaşadığım Ermənistanı sevirəm”. 

"İstənilən siyasi münaqişəyə, aqressiyaya, müharibəyə və s. qarşıyam. Və mənim həmişə bütün bu hadisələrdən ürəyim parçalanır. Və bütün bunlardan sonra məni hansısa uydurulmuş “mənim” mövqeyimə görə ittiham etmək? Mənim mövqeyim birdir – mən sülh tərəfdarıyam!" - deyə ifaçı vurğulayıb.

Uspenskaya sözlərinə belə yekun vurub:

“Nəticə: bir neçə saat əvvəl konsert yayılan xəbərlərə görə həqiqətən ləğv olundu. Ümid edirəm, siz məni düzgün anlayacaqsınız və sözləri konstekstdən çıxarmayacaqsınız. Bu, mənim cavabım və rəsmi açıqlamam idi. Bundan başqa şərh vermək istəmirəm və verməyəcəyəm. Sizin Lyuba”. 

Bizim.Media

Azərbaycanı təhqir edən Lyubovdan Bakıdakı konsertinin ləğvi ilə bağlı REAKSİYA - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO