Vəfadan Şəbnəmi qıcıqlandıracaq SÖZLƏR: “Ərimin bahalı hədiyyələrindən məmnunam” – VİDEO 

Vəfadan Şəbnəmi qıcıqlandıracaq SÖZLƏR: “Ərimin bahalı hədiyyələrindən məmnunam” – VİDEO 

Hazırda oxunan: Vəfadan Şəbnəmi qıcıqlandıracaq SÖZLƏR: “Ərimin bahalı hədiyyələrindən məmnunam” – VİDEO 

174711

Müğənni Şəbnəm Tovuzlunun efirdə səsləndirdiyi “Mən gözü tox xanımam. Bahalı hədiyyələrlə baş aldada biləcək biri deyiləm. Sevən kişi hədiyyə ilə qadının önündə özünü bağışlatmaz. Sevən insan hər zaman fədakar olur. Hədiyyə vermək baş aldatmaq kimidir. Belə olanda isə xanım yalnız bəyin cibinə və verdiyi hədiyyəyə baxacaq” fikirləri ulduzu barışmadığı həmkarı Vəfa Şərifovaya aid etmədiyini desə də, sosial şəbəkədə bu açıqlamanın bilavasitə ona aid olduğu vurğulanıb. 

Bizim.Media xəbər verir ki, Vəfa qonaq olduğu “Xəbərin var?” maqazin verilişində məsələ ilə bağlı ironiya dolu fikir bildirib. 

“Bilmirəm, bu sözləri Şəbnəm mənə atıb, yoxsa yox. Amma mən hədiyyələrimdən olduqca məmnunam (gülür). Hər qadına da arzu edirəm ki, belə bahalı hədiyyələr gəlsin. Hədiyyələri çox sevirəm. Xanım bir bəydən hədiyyə ilə dəyərini ölçməlidir. Bəzi xanımların 2-3 ildir sevgilisi var, adamın 10 dənə evi var, amma kirayə evdə yaşayır. Burada hansı sevgidən söhbət gedə bilər? Burada heç bir sevgidən söhbət gedə bilməz. Bu, mümkün də deyil.
Sevgini maddiyyatla ölçmək lazımdır. Bəylərin sözünə inanmaq lazım deyil. Şübhə ilə yanaşmaq lazımdır. O sevgini ölçmək üçün isə hər zaman madiyyat lazımdır. İlk öncə mənim sınağımdan bir bəy madiyyatla keçir. Pul çox vacibdir. Mən heç bir bəyə aldanmamışam. Məni gül və ətirlə aldatmaq mümkün deyil. Hələ söz heç.... Ən azı brilliant olmalıdır. Pul çox axmaq şeydir. Pul insanda xoşbəxtlik hormonunu oyadır. Pul hörmətsizi hörmətli, dəyərsizi dəyərli edir”. 

Qeyd edək ki, bir müddət əvvəl müğənni Vəfa Şərifova həyat yoldaşı, iş adamı Famil Xəlilovla ayrıldığını açıqlamışdı. Vəfa bildirib ki, qarşı tərəf onunla barışmaq üçün əvvəlcə “Ağ şəhər” ərazisində, daha sonra isə Dubayda ona mülk bağışlayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO