Övladına həsrət qalan Dana şəklini görüb AĞLADI - VİDEO

Hazırda oxunan: Övladına həsrət qalan Dana şəklini görüb AĞLADI - VİDEO

165241

Müğənni Dana Durdana efirdə kövrələrək, göz yaşı axıdıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin qonaq olduğu “İncə səhər” verilişində oğullarının portretini görməsi olub. 

Belə ki, proqramda rəssamın yaratdığı əsərdə övladlarını görən Dana göz yaşlarına qərq olub. 

“Bu, çox gözlənilməz oldu. Düşünürdüm ki, rəssam bizimlə birgə bu verilişdə qonaq olan aparıcı Mətanət Əliverdiyevanın portretini çəkər. Amma düşünməzdim ki, belə olacaq... Gizli bir dünyam var. Onun hər zaman üstünü bağlayıram. Nə qədər şən olsam da, bir vergül hardasa məni dayandırır. Mən bu portreti çərçivəyə salıb evimdə saxlayacağam. Hazırlaşırdım şən bir mahnı ifa edim, amma bunu görəndən sonra məni bağışlayın, edə bilməyəcəyəm. Mən böyük oğlumla bir-iki dəfə görüşmüşəm. Lakin ondan sonra bu söhbət də bağlandı. Sevinirəm ki, nə yaxşı ki, ilk oğlumu 18 yaşımda dünyaya gətirdim. İndi nə qədər həyatın boşluğuna düşsəm də o atasının əlində, yad əllərdə böyüməyib.

Mən təkəm, valideynlərim yoxdur. Amma atasının yanında onun bibiləri, nənəsi vardı. Bir tək anası yoxdur yanında. Mən anamı 9 yaşımda itirmişəm. Hər dəfə pəncərə önündə dayananda baxırdım ki, hamı anası ilə gedib-gəlir. Atam deyirdi ki, ananı gözləmə, bilirsən o harada yatır. Yaxşı ki, onun anası var”, - deyə Dana vurğulayıb.  
Qeyd edək ki, Dana Durdana müsahibələrinin birində 8 il xərçəngdən əziyyət çəkdiyini və birinci oğlu Muradı bu xəstəliklə dünyaya gətirdiyini söyləyib. Daha sonra oğlunun atası onları ayırıb. Müğənni dəfələrlə oğlu ilə görüşüb onu yanına aparmaq istəsə də Murad buna razılaşmayıb. Dananın daha bir oğlan övladı da var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO