
- A-
- A
- A+
İspaniyada seçkilərə süni intellekt müdaxiləsi - Aİ vasitəsi ilə dezinformasiya yayıldı
İspaniyada seçki kampaniyası süni intellekt vasitəsilə yaradılan dezinformasiyanın misli görünməmiş dərəcədə yayılması ilə müşayiət olunub.
Bizim.Media xəbər verir ki, yerli fakt-yoxlama təşkilatlarının qiymətləndirməsinə görə, yayılan saxta məlumatların böyük əksəriyyəti qarşıdan gələn parlament seçkilərinin dürüstlüyü ilə bağlı olub.
Sosial şəbəkələrdə küçə sorğularını, seçki mitinqlərini və sosioloji araşdırmaları imitasiya edən deepfake videolar yayılıb. Dezinformasiya kampaniyası seçkilərdə iştirak edən bütün partiyaların tərəfdarlarını hədəf alıb.
Ən çox yayılan saxta məlumatlar arasında sol qüvvələrə dəstək məqsədilə əcnəbilərin kütləvi şəkildə qeydiyyatdan keçirilməsi, elektron səsvermədə manipulyasiyalar və İspaniyanın dövlət sosioloji araşdırmalar institutu CIS-ə aid olduğu iddia edilən saxta sorğular yer alıb.
Fakt-yoxlama təşkilatları həmçinin Rusiyanın mümkün “Matryoşka” əməliyyatına diqqət çəkiblər. Bot şəbəkələrinin tanınmış media qurumlarının adından çıxış edərək ispaniyalıları səsvermədə iştirakdan çəkindirməyə yönəlmiş mesajlar yaydığı bildirilir.
Newtral-ın məlumatına görə, seçkilərlə bağlı araşdırılan TikTok videolarının 21 faizi guya seçkilərdə saxtakarlıq hazırlanması ilə bağlı nəzəriyyələri təbliğ edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































