Damla efirdə aparıcıya ETİRAZ ETDİ - VİDEO

Damla efirdə aparıcıya ETİRAZ ETDİ - VİDEO

Hazırda oxunan: Damla efirdə aparıcıya ETİRAZ ETDİ - VİDEO

163262

Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova efirdə aparıcılara etiraz edib. 

Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin qonaq olduğu “Rəngarəng səhər” verilişində aparıcıların ondan geyindiyi paltarı və taxdığı aksesuarların qiymətini öyrənməsi olub. 

Aparıcının “Verilişə gələndə geyim və aksesuarlarınıza nə qədər pul xərcləmisiniz?” sualını eşidən Damla əsəbiləşərək bu sözləri dilə gətirib: 

“Sizin dəvətinizi qəbul edib, sevərək verilişinizdə qonağam. Amma çox istərdim ki, bizim söhbətlərimizin dəyəri olsun. Paltarımın, taxdığım aksesuarların, ayaqqabımın qiyməti əminəm ki, heç kimə maraqlı deyil.

Düşünürəm ki, insanlar saxta olan müsahibələrdən, yersiz pafoslu çıxışlardan doyublar. Daha səmimi, mənalı, gözəl şeylər görmək və dinləmək istəyir tamaşaçı”.

Onun bu çıxışından sonra verilişin aparıcıları sözügedən rubrikanı kənara qoyub, başqa mövzuya keçməli olublar.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO