Anası Xalq artisti Röyadan niyə 7000 dollar istəyib? - VİDEO

Anası Xalq artisti Röyadan niyə 7000 dollar istəyib? - VİDEO

Hazırda oxunan: Anası Xalq artisti Röyadan niyə 7000 dollar istəyib? - VİDEO
142304
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda anasının ondan 7000 dollar pul istədiyini bildirib. 

Xalq artisti vurğulayıb ki, bu pulu valideyninin ürəyindən əməliyyat olunması üçün tələb olunduğunu bir neçə gün keçdikdən sonra bilib:   

“Anam mənə uzun mesaj yazıb. Açmışam mesajını, oradan-buradan oxumuşam. Bir də 7 min dollar sözünü gördüm. Prodüserim Kənana söylədim ki, tez 7 min dolları göndər. Anam evin böyük bacısıdır. Dedim yəyin bacılarına istəyir. 

Anam hər zaman mənə səhərlər yazır. Baxıram ki, mənə heç nə yazmayıb. Hər gün məndə bir duası olmalıdır. Dualarla söz göndərir. 2-3 gün keçdi yenə mənə yazmadı. Zəng vurdum anama, amma telefonu xalam qızı götürdü. 
Sual verirəm ki, Telli xanımın başı yaman qarışıqdır, nə əcəb mənə yazmır? Xalam qızı isə cavabında dedi ki, Telli xanım ürəyindən əməliyyata girib. Ürəyinin klapanlarını yenə dəyişirlər. Mən isə onun mesajında 7000 dolları nəyə görə istədiyini oxumamışam. 

Deyirəm ki, Allah mənim kimi qızı öldürsün. Ayıldıblar anamı, onunla danışmışam. Deyirəm ki, çox üzr istəyirəm. Sual verir ki, bəs səndən 7000 dolları istəyəndə nə zənn etdin? 

Utandım deməyə ki, ancaq 7000 dolları oxumuşam (gülür). Ondan sonra dedim ki, bitdi, mənə yalnız səsli mesaj göndərəcəksən, yazmayacaqsan”.  
 


Anası Xalq artisti Röyadan niyə 7000 dollar istəyib? - VİDEO - foto 1

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO